Tez-tez soruşulan suallar

Məhsulları necə əldə etmək olar? 

Bəyəndiyiniz məhsulları mağazamıza yaxınlaşaraq və ya +994 51 500 03 32 nömrəsinə «Whatsapp» tətbiqi ilə yazıb əldə edə bilərsiniz.

Mağazalarınız harada yerləşir? 

Köşkümüz «28 Mall» ticarət mərkəzində yerləşir. Ünvanı daha detallı bilmək üçün Mağazalar səhifəsinə keçid edə bilərsiniz.

Çatdırılma xidmətiniz var?

Bəli, var. Çatdırılma ilə bağlı bütün detalları Çatdırılma səhifəsindən oxuya bilərsiniz.

Sifariş hara çatdırılacaq?

Məhsullar Bakı şəhəri daxilində bütün ünvanlara (ev, ofis və s.) kuryer vasitəsilə çatdırılır. Həmçinin, ölkə daxili bütün ərazilərə poçt vasitəsilə göndəririk. 

Sifariş və çatdırılma ilə bağlı problem olarsa kimlərlə əlaqə yaratmalıyam?

Sifariş və çatdırılma ilə bağlı bütün problem və suallarınızı +994 51 500 03 32 nömrəsinə «Whatsapp» tətbiqi ilə yaza bilərsiniz. Satış təmsilçilərimiz sizinlə əlaqəyə keçərək, sizə köməklik edəcək.

Məhsulun əldə olub-olmamasını necə bilmək olar?

+994 51 500 03 32 , +994 50 742 88 71 (28 Mall) nömrələrinə «Whatsapp» tətbiqi ilə yazıb məhsulun əldə olub-olmadığını dəqiqləşdirə bilərsiniz. 

Məhsulları necə dəyişdirmək və ya geri qaytarmaq olar?

Alınma tarixindən etibarən 14 gün ərzində müəyyən məhsulları dəyişə və ya geri qaytara bilərsiniz. Bunun üçün, mağazamıza yaxınlaşaraq məhsulu qəbzi ilə birlikdə təqdim etməlisiniz.  Zədələnmiş və ya qəbul etdiyiniz halda olmayan məhsullar dəyişdirilə və ya geri qaytarıla bilməz. Termos, su qabı, gigiyenik məhsullar, qələm və yapışqan lent kimi məhsullar dəyişdirilə və ya geri qaytarıla bilməz.