Yapışqan lenti istifadə etməyin 10 üsulu

Kolleksiyanızdakı yapışqan lentləri necə istifadə edəcəyinizi heç düşündünüzmü?

Dəftərxana ləvazimatları sevən bir çox insanlar ondan yeni istifadə yollarını axtarır. Bu bloq yazımızda dəftər, qələm və digər bir çox əşyalarınızı yapışqan lentlər vasitəsilə bəzəməyin 10 yolunu sizə göstərəcəyik. ✨

  1. Planlayıcılarınıza rəng əlavə etməyin ən sadə yolu yapışqan lentlərdən istifadə etməkdir. Kiçik bir kollaj hazırlaya və ya səhifənin kənarını yapışqan lentlərlə bəzəyə bilərsiniz.
  2. Qələmlərinizi yapışqan lentlərlə bəzəyərək daha rəngli edin.
  3. Yapışqan lentlər yalnız estetik deyil, həm də funksional məqsədlə istifadə oluna bilər. Dəftərlərinizi bir neçə hissəyə bölmək və ya vacib bir səhifəni asanlıqla tapmaq üçün yapışqan lenti əlfəcin kimi istifadə edə bilərsiniz.
  4. Daha bir bölgü üsulu: rəng ilə. Yapışqan lenti vərəqin kənarına yapışdırmaq dəftəri bölmələrə asanlıqla ayırmağınıza kömək olacaq.
  5. Maffin və ya digər şirniyyatların üzərinə qoymaq üçün yapışqan lentlərdən bayraqlar hazırlaya bilərsiniz.
  6. Mobil telefon qılıfınızı daha kreativ, daha özəl edin.
  7. Bəzəkli kağız klipləri hazırlamağa nə deyirsiniz? Bu sadə layihə üçün yapışqan lenti sancağın içindən keçirərək ikiyə qatlayın. Daha sonra bəzək üçün uclarını bayraq şəklində kəsə bilərsiniz.
  8. Daha bir funksional məsləhət: şarj cihazınıza rəngli yapışqan lentləri bağlayın. Bununla, cihazın kimə məxsus olduğu rahatlıqla bilinir.
  9. Hədiyə bağlamalarınızı daha kreativ edə bilərsiniz.
  10. Yapışqan lent vasitəsilə interyerinizə də bəzək qata bilərsiniz. Şüşə banka, vaza və ya çərçivələrinizi naxışlı lentlərlə bəzəyin.

Yapışqan lenlərlə bir çox kreativ layihələr etmək olar. Beləliklə, sizə yapışqan lentin istifadəsi nümunələrindən yalnız 10-nu göstərdik. Hansını bəyəndiniz və ya yoxlamaq istərdiniz? Daha maraqlı ideyalarınızı şərhlərdə bizimlə bölüşə bilərsiniz.

Оставьте комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *